​Gürcüstanın baş naziri Ermənistana rəsmi səfər edəcək

Baxış sayı:
850

Gürcüstanın baş naziri Mamuka Baxtadze sentyabrın 10-da Ermənistana rəsmi səfər edəcək.
mUXALİFET.AZ “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində M.Baxtadze Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşəcək, daha sonra hər iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.
Gürcüstan baş nazirinin həmçinin Ermənistan prezidenti Armen Sarkisyan və parlament sədri Ara Babloyanla da görüşü nəzərdə tutulub.