Gürcüstanın "antiRusiya" kursu - Putin "GÜRCÜ İŞĞALI"na necə haqq qazandırdı

Baxış sayı:
7165

Gürcüstana "Rusiya hibrid təcavüzünün" öhdəsindən necə gəlməyi Litvadan öyrənmək tövsiyə olunur. ABŞ Demokratiya Milli Fondu tərəfindən maliyyələşdirilən Gürcüstan Siyasi İnstitutunun analitikləri apardıqları araşdırmada bu nəticəyə gəldilər. Mətni RT tərəfindən nəzərdən keçirilən sənəddə hər iki respublikanın Rusiyanın fərqli "təcavüz" formaları ilə qarşılaşdığı bildirilir. Rus mütəxəssislərinin fikrincə, Vilnüsün Moskva ilə münasibətlər qurmaq siyasəti Tiflis üçün ən yaxşı nümunə deyil. Təhlilçilər əmindirlər ki, bu cür məsləhətlər Qərb sponsorları tərəfindən diktə olunur və Gürcüstan cəmiyyətini Rusiyaya qarşı yönəltmək məqsədi daşıyır. Gürcüstan Siyasi İnstitutu (GSİ) ölkədəki daxili böhranların həlli üçün Litva təcrübəsindən istifadə etməyi təklif etdi. Mütəxəssislərin fikrincə, həm Tiflis, həm də Vilnüs Rusiyanın "hibrid təcavüzü" ilə üz-üzədir. Araşdırmasında deyilir: "Gürcüstan və Litva, sərhədlərin pozulması və dezinformasiya yaymaq vasitəsilə Rusiya tərəfindən hibrid təcavüzə məruz qaldılar". Eyni zamanda sənəddə bildirilir ki, Litva “rus təhdidinə” öz gücünü vətəndaş cəmiyyəti ilə birləşdirərək taktiki cavab hazırlaya bildi. Gürcüstanda isə belə taktiki addımlar heç vaxt atılmayıb. Qeyd edək ki, Dövlət Əmlak Müfəttişliyi, Amerikalı milyarder George Sorosun Açıq Litva Fondunun dəstəyi ilə yaradılan Vilnüs Siyasi Təhlil İnstitutu ilə ortaq bir araşdırma aparıb. Bu analitik işi Litva səfirliyi maliyyələşdirdi. Gürcüstan institutunun sponsorları arasında Amerikanın Milli Demokratiyaya Dəstək Fondu (NED), George Sorosun “Açıq Cəmiyyət Fondu”, NATO, ABŞ səfirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) var. Sənəd müəllifləri Gürcüstanda iğtişaşlara səbəb olan böhranların uğursuz həllində iki cəhddən danışırlar. Birincisi bu ilin iyununda Tbilisidəki kütləvi etirazlarla bağlıdır. Xatırladaq ki, buna Gürcüstan parlamentində Parlamentlərarası Pravoslav Assambleyasının iclası səbəb olmuşdu. Nümayişçilər PPA rəhbəri, Dövlət Dumasının deputatı Sergey Gavrilovun Gürcüstan qanunverici orqanının kreslosunda oturmasına etiraz etmişdilər. Gürcüstan Siyasi İnstitutunun analitikləri araşdırmada iddia edirlər ki, Gürcüstanın hakim partiyası Gavrilovun hərəkətlərinin nəylə nəticələnəcəyini əvvəlcədən təxmin etməməklə səhvə yol verdi. Lakin Qavrilov Dövlət Dumasında oturma qaydasının əvvəlcədən Gürcüstan hakimiyyəti ilə razılaşdırıldığını vurğuladı. “PPA sessiyasının yeri və təşkili Gürcüstan tərəfi tərəfindən əvvəlcədən razılaşdırılmışdı. Gürcüstan isə ev sahibi ölkə kimi vacib beynəlxalq forumun keçirilməsinə və iştirakçılarının təhlükəsizliyinə cavabdehdir. Bu şərtlər sadəcə nəzərə alınmadı: onlar nə tədbirin keçirilməsini təmin edə, nə də Rusiya nümayəndə heyətini hücum və təhdidlərdən qoruya bildilər", Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin dedi. Öz növbəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov İyun hadisələrini Gürcüstanda hakimiyyət uğrunda daxili mübarizə ilə bağlı “Rusofob təxribat” kimi qiymətləndirdi. Krizislərin uğursuz həll edilməsinin ikinci hadisəsi, GSI analitiklərinin fikrincə, Rusiya tərəfindən “işğal edilmiş” ərazilərdə - Abxaziya və Cənubi Osetiyada sərhədlərin demarkasiyası ilə əlaqədardır. Tədqiqatçıların fikrincə, Rusiya Federasiyası Gürcüstanın suverenliyini pozmaq niyyətindədir və Tbilisi buna heç cür təsir edə və qarşısını ala bilmir. Ekspertlər "Sərhədlərin təcavüzü taktikası Rusiyanın Gürcüstanın suverenliyinə, xüsusən də ölkədə demokratiyanın inkişafı, müstəqil daxili və xarici siyasətini pozmağa yönəlmiş strategiyasının bir hissəsidir. Gürcüstan hökuməti, bu strategiyanı sərhədləri sabitləşdirmək üçün qəsdən həyata keçirilmiş təxribat kimi qiymətləndirir, lakin bunun qarşısını almaq üçün lazımi vasitələrə malik deyil" deyə yazırlar. Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini 2008-ci ildə tanıdı. Rusiya Prezidenti Putinin sözlərinə görə, bu o zaman çətin, lakin yeganə düzgün qərar idi ki, nəticədə gənc dövlətlərə müstəqil şəkildə öz gələcəyini seçməyə imkan verdi. Tanınma həmin ilin avqustunda Gürcüstanın Cənubi Osetiyaya hücum etməsi və Rusiya sülhməramlılarına hücum etməsi ilə yaranan silahlı qarşıdurmadan sonra baş verdi. Yüzlərlə mülki şəxs atışmaların qurbanı oldu. Vladimir Putinin vurğuladığı kimi, Qərb həmkarları hadisələrin iç üzünü anlamır, real mənzərəni dərk etmək istəmirdilər və Rusiyanın mülki əhalini və sülhməramlıları qorumaqdan başqa çarəsi qalmadı. Rusiyadan "qopma" Rusiya bunu Gürcüstana işğalı və ölkənin ərazi bütövlüyünə xələl kimi qəbul etməsə də, Gürcüstan Siyasi İnstitutu Moskvanın gürcü cəmiyyətinə “psixoloji təsir göstərdiyini”, avro-atlantik təsisatlara “inamı qırmağa” və Gürcüstanı “qərb yönümlülükdən” imtinaya məcbur etmək istədiyini” deyirlər. Həmçinin bu institut dəfələrlə bəyan edib ki, Rusiya Gürcüstanın avrointeqrasiyasına mane olur və bunu rusdilli KİV-lərin təbliğatı ilə edirlər. Rusiyanın isə mövqeyi tam fərqlidir. Onlar hesab edirlər ki, Fürcüstan qərbyönümlü olsa da, respublika sakinləri Rusiyanın əleyhinə deyil. Rusiya XİN Lavrov isə bəyan edir ki, Qərb Gürcüstan – Rusiya münasibətlərinin normallaşmasını istəmir və buna qəsdən mane olurlar: ”Təkrar edirəm- Qərbli həmkarlarımız, ən çox isə ABŞ bizim qonşularımızı Rusiya Federasiyasından qoparır”, deyə o bildirdi. Litvanın sovet illərində "əkssovet meşə qardaşları" partizan təşkilatı Tarixi yenidən yazmaq Bununla belə, müəlliflər hökumətə Litvalı həmkarlarının təcrübəsindən dərs almağı tövsiyyə edir. Litvada “rus təcavüzü” İkiinci Dünya müharibəsi zamanı fəaliyyət göstərən antisovet “meşə qardaşları” qrupu barədə dezinformasiya ilə öz əksini tapıb. Əkssovet partizanlarının fəaliyyəti Rusiya tərəfindən cəzalandırılır. RF XİN rəsmisi Mariya Zaxarova, bu təşkilatın - “meşə qardaşlarının faşıstlərın qalığı, tör-töküntüsü”əsasında yarandığını” iddia edir. Maraqlıdır ki, ekspertlər bu reaksiyanı “hibrid aqressiyanın” əlaməti kimi qəbul edirlər. Rus məmurunun bu cür bəyanatı Rusiyanın sərt – qəddar hibrid aqressiyasının varlığına dəlalət edir”, tədqiqatda deyilir. Bu məsələdə gürcü analitiklər “partizanlar haqqında “rus dezinformasiyasının” Litvanın "hərbi ruh yüksəkliyini qırmağa yönəldiyini iddia edən” litvalı analitiklərə istinad edirlər. Mediya ilə məşğul olun Tədqiqat müəllifləri Litvadan vətəndaş cəmiyyəti ilə necə işləməyi və media savadını gücləndirməyi öyrənməyə çağırırlar. “Cəmiyyətin həssas təbəqəsinə diqqət yetirmək xüsusilə vacibdir. Kremlin hibrid təcavüzü cəmiyyətdəki fikir ayrılıqlarından faydalanmaq – cəmiyyətdə ixtilaf yaratmaq üçün hazırlanmışdır. Bu baxımdan, cəmiyyətin bu təbəqələri ilə işləmək üçün ilkin tədbirlərə vəsait yönəltmək çox vacibdir "dedi. Kütləvi informasiya vasitələrində ruslara qarşı ümumiləşdirilmiş ittiham aktlarından yayınmaq, lakin onları Kremlə və Rusiya siyasi elitasına yönəltmək təkilf olunur. "russian.rt" Hazırladı: Şükürova Ülviyyə Muxalifet.az