​Gürcüstandan Azərbaycana dəvət məktubu...

Baxış sayı:
3046

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasına dəvət məktubu göndərib.
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan MSK-nın mətbuat katibi Anna Mikeladze məlumat verib. Onun sözlərinə görə, seçkilərlə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi yaradılacaq.
Qeyd edək ki, budəfəki prezident seçkiləri Gürcüstanda ümumxalq səsverməsi ilə keçiriləcək son seçki olacaq və ölkə prezidenti 6 il müddətinə seçiləcək.