Gürcüstanda yoxa çıxan jurnalist Əfqan Muxtarlı tapıldı - AZƏRBAYCANA GƏTİRİLİB

Jurnalist qanunsuz olaraq Gürcüstan ərazisində oğurlanaraq Azərbaycana gətirilib.

 Dünən Gürcüstanda itkin düşən jurnalist və fəal Əfqan Muxtarlı Bakıya gətirilmişdir. Bu barədə martın 30-də saat 18-də onun vəkil Nemət Kərimli Turan agentliyinə  məlumat verib:
 "On dəqiqə bundan əvvəl Əfqan mənə zəng edib, bildirib ki, Dövlət Sərhəd Xidmətinin mərkəzi idarəsindədir və mən indi oraya gedirəm", - deyə, vəkil bildirib.
Vəkil Kərimli Əfqan Muxtarlının oğrlanmasını və onun gizli Azərbaycana gətirilməsini beynəlxalq normaların pozulması kimi dəyərləndirib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti onu verməməli idi, çünki beynəlxalq normalara görə, əgər insanı vətənində həbs gözləyirsə, o, təhvil verilə bilməz, deyə, vəkil vurğulayıb.