Gürcüstanda xüsusi əməliyyat: silah-sursat ələ keçirildi

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Kobuleti şəhərinin Aqmaşenebeli prospektindəki evlərin birində xüsusi əməliyyat keçiriblər.
Muxalifet.az xəbər verir ki, əməliyyat nəticəsində evdən çoxlu sayda silah-sursat, partlayıcı maddə və vasitələr ələ keçirilib, bir nəfər saxlanılıb.
Həmin şəxsin kimliyi və silah-sursatın həmin evdə hansı məqsədlə saxlanıldığı barədə məlumat verilmir. Bildirilir ki, saxlanılan şəxs həmin evdə kirayədə qalır.
Gürcüstanın Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.