Gürcüstanda valyuta dəyişmə məntəqələri bağlandı

Baxış sayı:
251

Bu gündən Gürcüstanda bütün ölkə ərazisində valyuta dəyişmə məntəqələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bunbarədə ölkənin Milli Bankından bildirilib.

Kommersiya bankları, ödəmə sistemləri operatorları, mikromaliyyə təşkilatları, bankomat və poçt terminalları fəaliyyətlərini davam etdirəcək.

Bank ölkə sakinlərini ölkənin koronavirusla effektiv mübarizəsinə kömək etmək üçün maksimal şəkildə onlayn ödənişlərdən istifadə etməyə çağırıb.

Qeyd edək ki, bu gündən koronavirus epidemiyası ilə bağlı Gürcüstanda ümumi karantin qüvvəyə minib. Saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunacaq.