Gürcüstanda uşaq bağçasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Baxış sayı:
9676

Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında 20-dən çox uşaq zəhərlənib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, onlardan 13-ü intoksikasiya diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.
Zəhərlənmənin səbəbi hələ məlum deyil. Uşaqların içməli sudan zəhərləndiyi ehtimal olunur.
Bağça müvəqqəti olaraq bağlanıb. Gürcüstanın Milli Qida Agentliyinin əməkdaşları müəssisədə araşdırma aparırlar.