Gürcüstanda "Tramp göydələni" LƏĞV EDİLİR

2012-ci ildə "Trump Organization" və Gürcüstanın "Silk Road Group" şirkətinin birlikdə layihəsi olan Trampın adını daşıyan göydələn ləğv edilir.
Bu barədə "Silk Road Group" şirkərinin rəhbəri Qeorqi Ramişvili məlumat verib. Onun sözlərinə görə, həmin göydələnin yerində eyni layihə əsasında "İpək qala" adlı layihə tikiləcək.
Layihənin tikintisi üçün təxminən 100 milyon dollara yaxın vəsait ayrılacaq. Məlumata görə, layihənin yalnız "Silk Road Group" şirkəti tərəfindən həyata keçirilməsinin səbəbi, Donald Trampın ABŞ prezidenti olduqdan sonra "Trump Organization" şirkətindən uzaqlaşması olub.
Batumidə tikintisinə başlanılacaq "İpək Qala" layihəsi geniş miqyaslı, ofis və mehmanxanaların olduğu çox funksiyalı kompleks şəklində nəzərdə tutulub.