Gürcüstanda tibbi maskalarla bağlı QADAĞA - Ölkədən çıxarılmağa cəhd olunarsa...

Baxış sayı:
2379

Gürcüstanın “Georgian Post” poçt xidməti tibbi maskaların ölkə xaricinə göndərilməsinə qadağa qoyub.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin "Facebook" şəbəkəsində məlumat yerləşdirilib. Bildirilib ki, tibbi maskaların göndərildiyi poçt bağlamaları müsadirə oluna və ya geri qaytarıla bilər.

Bağlamanın göndərilməsinə görə ödənilən məbləğ isə geri qaytarılmayacaq.