Gürcüstanda səslərin 90%-dən çoxu hesablanıb, "Gürcü Arzusu" öndədir / YENİLƏNİR

Baxış sayı:
1486

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 532-də (91,81%) səslərin hesablanması prosesini başa çatdırıb.

“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə görə, Gürcü Arzusu Partiyası 48,13% səs əldə edib.

Səs çoxluğuna əsasən ikinci yeri 26,84%-lə Vahid Milli Hərəkat Partiyası tutur.

Daha sonra Avropalı Gürcüstan Partiyası (3,79%), “Lelo” (3,21%), “Vətənpərvərlər Alyansı” (3,12%), “Aqmaşenebeli strategiyası” (3,15%), “Qirçi” (2,99%), “Vətəndaşlar – Eliko Elisaşvili” (1,36%) və Leyboristlər partiyası gəlir.

***

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 086-sı (80,22%) üzrə səsvermənin nəticələrini açıqlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən "Gürcü Arzusu" Partiyası 48,34% səslə liderlik edir.

Vahid Milli Hərəkat 26,43%, Avropalı Gürcüstan Partiyası 3,78%, “Lelo” 3,26%, “Vətənpərvərlər Alyansı” 3,2%, “Aqmaşenebeli strategiyası” 3,16%, “Qirçi” 3,06%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,4%, Leyboristlər partiyası isə 1,% səs əldə edib.

***10:58

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 2 787-də (72,45%) səsləri hesablayıb.

Nəticələrə əsasən, səslərin 48,51%-ni "Gürcü Arzusu" Partiyası əldə edib.

İkinci yerdə Vahid Milli Hərəkat (26,15%), üçüncü yerdə isə Avropalı Gürcüstan Partiyasıdır (3,8%).

“Lelo” səslərin 3,28%, “Vətənpərvərlər Alyansı” 3,23%, “Aqmaşenebeli strategiyası” 3,15%, “Qirçi” 3,07%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,41%, Leyboristlər partiyası isə 1,02%-ni qazanıb.