Gürcüstanda SOCAR-ın filialına hücum... - TERMİNALI YARDILAR, AMMA...

Baxış sayı:
754

Gürcüstanın Kobuleti kurort şəhərində SOCAR-ın filialı "SOCAR Georgia Gas" şirkətinə hücum olunub.
 
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Quldurlar mühafizəçini bağlayıb, ödəniş terminalına basqın ediblər. Lakin oradan pul oğurlaya bilməyiblər.
 
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin quldurluğa qarşı nəzərdə tutan 179-cu maddəsinə əsasən cinayət işi açılıb. Hazırda cinayətkarlar axtarılır. Soyğunçuları 5 ildən 7 ilə qədər həbs cəzası gözləyir.
 
“SOCAR Georgia Gas” şirkətinin direktorunun sözlərinə görə, bu, üçüncü oxşar hadisədir, şirkətdə bu kimi halların qarşısını almaq üçün müşahidə kameraları quraşdırılır və hadisə zamanı işçilərdən heç birisi xəsarət almayıb.
 
SOCAR qonşu Gürcüstanda 2008-ci ildən fəaliyyət göstərir. “SOCAR Georgia Gas” Gürcüstanın qaz paylama və qaz ötürmə sisteminin (GTS) inkişafı ilə məşğuldur. Hazırda Azərbaycan Gürcüstanın qaza olan tələbatını demək olar ki, tamamilə ödəyir. Beləliklə, 2019-cu ildə Azərbaycan il ərzində 2.55 milyard kub qaz, Rusiya isə cəmi 160 milyon kub qaz tədarük edib.
 
2006-cı ildən bəri Gürcüstan Rusiya qazını almır, ancaq Rusiya qazının Ermənistana tranzit həcminin 10% -ni alıb.
 
2017-ci ildən bəri Rusiya Gürcüstana bu tranziti pulla və qismən xammal ilə, 2018-ci ildə isə yalnız pulla ödəyib./Virtualaz.org