Gürcüstanda "Əsas Kanal" ölkə Parlamenti binasına xüsusi təyinatlı polis dətsələri və silah gətirildiyinin görüntülərini yaydı (FOTO)

Baxış sayı:
496

"Əsas Kanal" (Mtavari Arkhi) ölkə parlamentinin binasına polis və xüsusi təyinatlıların cəlb edildiyini, həmçinin silah gətirildiyini əks etdirən video kadrlar yayıb.
Muxalifet.az "Əsas Kanal"a istinadən xəbər verir ki, xüsusi təyinatlı dəstələr artıq Parlament ərazisindədirlər.
Məlumata əsasən, Parlament binasına daxil olan media nümayəndələrinə belə xüsusi yoxlanış tətbiq edilir.
Qeyd edək ki, saat 1500-dan etibarən Parlament binası qarşısında proporsional sistemə keçidlə bağlı qanun layihəsinin qəbul edilməməsinə etiraz olaraq irimiqyaslı etiraz aksiyası planlaşdırılır.

Muxalifet.az