Gürcüstanda rüşvətxorluq halları artdı

Baxış sayı:
4930

Gürcüstanda dövlət idarələrində məmurlar arasında rüşvətxorluq halları artıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Məlumatda deyilir ki, bu ilin yanvar-may aylarında ölkənin dövlət qurumlarında məmurlar tərəfindən 36 rüşvətalma faktı qeydə alınıb. Ötən ilin yanvar-may aylarında dövlət qurumlarında 23 rüşvətalma halı baş verib. İllik müqayisədə rüşvət hallarında 56,52 faiz artım qeydə alınıb.
Hesabat dövründə 127 məmur vəzifə səlahiyyətlərini aşıb, 38-i xidməti vəzifəsindən sui-istifadə edib. Vəzifə səhlənkarlığı ilə bağlı 28, xidməti saxtakarlıqla bağlı isə 14 fakt qeydə alınıb.