​Gürcüstanda qeyri-adi avtomobil yarışı keçiriləcək

Baxış sayı:
6637

Gürcüstanda çox uşaqlı anaların avtomobil yarışı keçiriləcək.
“Georgia Online” saytının məlumatına görə, yarış martın 3-də Analar günündə Tbilisidə baş tutacaq.
Bildirilir ki, yarışın keçirilməsinə 5,4 min dollar vəsait ayrılıb.
Qaydalara əsasən, yarış iştirakçıları uzunluğu 1000 kilometr olan marşrut üzrə hərəkət etməli və finişə birinci çatmalıdır.
Maşında iki nəfərdən ibarət ekipaj (biri peşəkar sürücü, digəri isə çox uşaqlı ana) olacaq.