​Gürcüstanda qasırğa: 87 ağac aşıb, 62 binanın dam örtüyü uçub

Baxış sayı:
16831

Gürcüstanda son üç gün ərzində müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib. 
Muxalifet.az report-a istinadən xəbər verir ki, qasırğa və küləyin törətdiyi problemlərlə bağlı Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə 261 zəng daxil olub.
Zənglərin 200-ü paytaxt Tbilisinin payına düşüb. Güclü külək ölkədə 87 ağacın aşmasına, 62 binanın dam örtüyünün uçmasına, 32 avtomobilə ciddi ziyanın dəyməsinə və 4 reklam lövhəsinin dağılmasına səbəb olub. 
Təbiət hadisənin yaratdığı fəsadlar nəticəsində xəsarət alan olmayıb. Fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər vaxtında həyata keçirilir.
Gürcüstanda güclü küləyin sürətinin sabahdan etibarən zəifləyəcəyi proqnozlaşdırılır.