Gürcüstanda prezidentliyə namizədlərin sayı azalıb

Baxış sayı:
3124

Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkisində iştirak üçün namizədlər tərəfindən təqdim olunan seçici imzalarının qəbulu başa çatıb.

MSK-nın yaydığı məlumata görə, 25 namizədin təqdim etdiyi imzalar qəbul olunub. Onlardan hələlik yalnız 13-nün namizədliyi təsdiqlənib. Seçkidə iştirak üçün azı 26 min imza toplanmalıdır. Sənədləri təqdim edən 27 namizəddən ikisinin topladığı imzalar etibarsız sayılıb və onların seçkidə iştirakından imtina edilib. Beləliklə, namizədlərin sayı 23-ə enib.

MSK təmsilçisi bildirib ki, təqdim olunan imzaların yoxlanılması prosesi davam edir, namizədlərin dəqiq sayı və adları isə sentyabrın 28-də rəsmən elan olunacaq.