Gürcüstanda polislə toqquşma: 27 yaralı

Baxış sayı:
11446

Gürcüstanın Birkiani kəndi yaxınlığındakı Pankisi Keçidində Alazani çayının üstündə inşa ediləcək Hidrigen Elektrik Stansiyası (HES) layihəsinə qarşı çıxan bölgə xalqı ilə polis arasında yaşanan gərginlikdə 27 nəfər yaralanıb. Gürcüstandakı Rustavi-2 TV bir hidroelektrik stansiyanın tikintisinə qarşı etirazlara polisin müdaxilə etdiyini, müdaxilələr zamanı göz yaşardıcı qaz və plastik güllə istifadə edildiyini bildirib. Pankisi Keçidinin təxminən 300 sakini Birkiani kəndi yaxınlığında toplaşaraq ətraf mühitə zərər verəcəyi və onları evlərini tərk etməyə məcbur edəcəyi səbəbilə yaşayış yerlərinin yaxınlığına inşa edilməsi planlaşdırılan hidroelektrik stansiya qarşı etiraz aksiyası keçirib. Polisin etirazçılara göz yaşardıcı qaz və plastik güllə istifadə etdiyi bildirilib. Bölgədə yaşayan əhali, "Khadori-3" adlı HES tikintisi üçün bölgəyə gələn şirkət rəsmilərinin qarşısını kəsib. Bundan sonra bölgəyə gələn xüsusi təyinatlı qüvvələrlə etirazçılar arasında qarşıdurma yaranıb. Dünən axşam saatlarında Gürcüstanın Daxili İşlər naziri Giorgi Gakharianın hadisə yerinə gedərək bölgə sakinləri ilə etdiyi toplantıdan sonra gərginlik səngimiş, xüsusi qüvvələr qoşunları bölgədən ayrılmışdı. Edilən ilk açıqlamada, çıxan davada 15-i polis, 12-si kənd sakinlərindən olmaqla, 27 nəfərin yaralandığı bildirilmişdi. Birkiani kənd sakinləri bölgənin həssaslığı üzündən Alazani çayı üzərində inşa ediləcək HES-ə qarşı çıxır. Müxalifət.az