Gürcüstanda Paşinyana it hədiyyə olunması, Ermənistanın Tiflisdəki səfirliyinin “it döngəsi”ndə yerləşməsi və… - ERMƏNİ BAŞ NAZİRİN “BATUMİNİ NAXÇIVANA DƏYİŞMƏK” ŞANTAJINA GÜRCÜLƏRİN CAVABI…

Baxış sayı:
5989

 
"Köpək ziyarəti": Paşinyan Gürcüstanı şantaj etmək və "Batumini Naxçıvana dəyişdirmək" üçün gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana səfər etdi. Səfərin məqsədi sözdə - bir tərəfdən Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi, digər tərəfdən koronavirus epidemiyası fonunda çox gəlişigözəl sözlərlə ifadə olunub. Hansı ki, bu epidemiya səbəbindən Gürcüstan erməni iş adamlarının satışından qazanc götürdükləri İran ərazisindən gələn təhlükəli malların tranzitini qadağan edib.
Paşinyan Tiflisə yalnız “İran tranzitinin” yolunu açmaq üçün qaçmadı. Erməni tərəfi Rusiya ilə Türkiyə arasında “böyük müharibə” çıxmasından ötrü ara qarışdırmaq niyyətini gizlətmir. Məqsəd odur ki, ümumi xaos şəraitində sonda qonşuların, o cümlədən də Gürcüstanın hesabına doymaq bilməyən ərazi iddialarını təmin etsin.
Amma Tiflisə səfəri zamanı Paşinyan özünü gürcülərə sevdirmək üçün dəridən-qabıqdan çıxdı, əlindən gələni etdi. Məsələn, nümayişkəranə şəkildə (və açıq-aşkar ikiüzlülülüklə) ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş gürcü qəhrəmanlarının xatirəsini “ehtiramla” yad etdi. O qəhramanların arasında hətta Abxaziyada Baqramyanın adını daşıyan batalyondan olan erməni yaraqlılarının öldürdükləri də var idi.
Paşinyan, habelə “bizim regiondakı konfliktlərin bir-birindən tamam fərqləndiyini və bir-birinə bənzəmədiyini” qeyd edərək, İrəvanın Gürcüstan ərazisindəki separatizmə faktiki dəstək verməsi məsələsinin yanından hiyləgərcəsinə “keçdi”. Gürcüstan siyasətçiləri ilə publikaya hesablanmış "ictimaiyyət arasında" söhbətlərdə Gürcüstan Paşinyanı xoş sözlərlə mükafatlandırdı. Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze ilə görüşdə verdiyi açıqlamalardan biri budur:
"Ermənistan və Gürcüstan arasındakı münasibətlərdə elə bir atmosferə çatdıq ki, fikrimcə, heç belə yaxşı olmamışdı. Bu fərqli sahələrdə ifadə olunur. Gürcüstandan Ermənistana gələnlərin sayının xeyli artdığını görəndə təəccübləndim və sevindim. Bir çox Ermənistan vətəndaşının Gürcüstanda dincəldiyini də bilirik”, - Nikol Paşinyan dedi.
Əslində isə, Paşinyanın burada açıqca rəzil oldu. Gürcüstanın ərazilərinin bir hissəsi işalda olmasaydı və o ərazilərdən Ermənistan üçün yol açsaydı, İrəvanda bu "yaxşı münasibətlər" sayılacaqdı. Lakin Georgi Qaxariya hökuməti bu məsələni müzakirə etməkdən belə imtina edir.
Beləliklə, zahirən "gəlişigözəl sözlər" ilə Paşinyan açıq şəkildə Tiflisə “gözəl olmayan” təklliflərlə gəldi. Daha doğrusu, ultimatumlarla. Bu ultimatumların nə olduğunu isə Nikol Paşinyana yaxın olan "Nikol Paşinyan Gürcüstana xəbərdarlıq etdi: Hədəfdə Batumidir" başlığı ilə dərc edilmiş lragir mənbəyindən tapa bilərsiniz (https://www.lragir.am/ru/2020/03/04/168001/).
Hansı ki, məqalədə Gürcüstanın Türkiyənin Suriyanın İdlibdəki hərəkətlərini birmənalı şəkildə dəstəklədiyi xatırladılır. Və həmin vaxt yaranmış çətin geosiyasi vəziyyətdə Gürcüstan-Türkiyə münasibətlərinə xələl gətirmək üçün Ermənistanın Gürcüstanı birbaşa şantaj etdiyinə işarə edilir. Budur, sözügedən materialdan bir parça:
“Əlbəttə, Ermənistanın baş naziri işarə vurur ki, Gürcüstan Türkiyə ilə bağlı problemlərə görə narahat olmalıdır. Söhbət ilk növbədə Türkiyənin növbəti hədəfi olacaq Batumiyə iddialarından gedir. Üstəlik, Türkiyə digər qonşularla problemləri həll etdikdən sonra deyil, ona görə ki, digər istiqamətlərdə Türkiyə problemlərin içində itib-bata bilər. Bu vəziyyətdə Batumi Ankara üçün digər problemlərdən "çıxış" yolu ola bilər.

Burada Naxçıvan məsələsi də daxil olmaqla, Rusiya və İranın Türkiyəyə qarşı irəli sürə biləcəyi bir çox iddialı məsələ ola bilər. Buna görə azərbaycanlı mütəxəssislər Naxçıvana dair məsələnin Azərbaycanla Türkiyə arasında, yəni “özgə müdaxilə olmadan” həll edilməli olduğunu söyləyirlər.
Naxçıvanın statusu 1921-ci il Rusiya-Türkiyə müqaviləsi ilə müəyyən edildi. Geosiyasi reallıqlar və zaman bu razılaşma ilə bağlı Moskva və Ankara ilə qarşıdurma vəd edir. Məhz bu müqavilə ilə Batuminin Naxçıvana və Ararat-Surmalu qarşılığında Gürcüstana verildi.
Əslində, bu məsələ faktiki olaraq Ermənistanın baş naziri tərəfindən Gürcüstanda erməni icması ilə görüşdə müzakirə edilmişdir. Amma bu, Gürcüstanın baş naziri ilə görüşdə eyni məsələnin müzakirə olunduğunu bildirirmi? Hər halda, bu məsələnin Ermənistanın həm siyasi, həm də əlaqələndirmə vəzifələri nəzərə alınmaqla, Ermənistan-Gürcüstan gündəliyinə daxil edilməməsi qəribə olardı”.
Bu materialdan Paşinyanın şantajının mahiyyəti aydın olur. Ya bizim kuklalarımız olmağınıza razılaşırsınız, ya da "Naxçıvan əvəzinə Batuminin mübadiləsi ni təşkil edirik. Yəni Türkiyə üçün belə də ola bilər, Rusiyanın köməyi ilə "bizim" Ararat və Naxçıvanın əvəzinə, Batumunu geri verəcəyik. Bəlkə, Batumini də özümüz üçün götürəcəyik, çünki siz onu "türklərdən qoruya bilməzsiniz".
Əgər Qaxariya və Paşinyan arasındakı danışıqlarda bu müzakirə edilsə, qeyd etmək lazımdır ki, Gürcüstan baş nazirinin erməniyə hədiyyəsi çox simvolik görünür.
Xatırladaq ki, Ukrayna xalq adətlərində gəlin və valideynləri kürəkənə və onun elçilərinə “yox” demək istədikdə, onlara balqabaq verilir (Ukrayna dilində qarpız). Beləliklə, "qarpızı verin" ifadəsi - yəni yox demək.
Qaxariya Paşinyana köpək, daha doğrusu Qafqaz çoban itinin küçüyünü verdi. Çətin ki, “razılıq əlaməti” olsun. Ancaq bu böyük ehtimalla “yox” ola bilər. Xüsusilə nəzərə alsaq ki, Ermənistan səfirliyinin Tiflisdə məşhur olan "it döngəsi" adlanan xiyabanda yerləşir.
Erməni millətçiləri Gürcüstanın Türkiyə və onunla dost olan Azərbaycanla arasını vurmaq istəyir və beləliklə indiki çətin geosiyasi vəziyyətdə “tək qoymaq” istəyirlər ki, bundan sonra “fürsət düşən kimi" torpaqlarını asanca bölə bilsinlər. Beləliklə, it “yerinə düşən” hədiyyədir.
Paşinyan kimi Türkiyə və Azərbaycanla münasibətlərə gəlincə, "sizin it işiniz deyil" deyə bilərik.

“Kavkazplus”

Tərcümə Muxalıfet.az-ındır