Gürcüstanda parlamentin qarşısına qoyunlar gətirilib - BAŞ NAZİRƏ ETİRAZ

Baxış sayı:
631

Gürcüstanın “Ayıbdır” hərəkatının üzvləri və tərəfdarları ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçiririblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, aksiyaçılar qanunverici orqanın giriş qapısı qarşısında “utanc dəhliz”i yaradıblar.

Məlumarda bildirilir ki, iştirakçılar G. Qaxariyanın ölkənin baş naziri təyin olunmasına etiraz olaraq, bir neçə qoyunu parlamentin qarşısına gətiriblər.

“Qoyunların” bir hissəsi parlamentin içərisindədir. Səsvermədə yalnız qoyunlar sifariş alıb, səs düyməsinə vura bilər”, - deyə hərəkat lideri Gigi Makaraşvili şərh edib.

Qeyd edilir ki, parlamentin plenar iclası keçirilir. Toplantıda G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur.