​Gürcüstanda parlament seçkilərinin vaxtı bəlli oldu

Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili  bugünkü sərəncamı ilə ölkədə parlament seçkilərini oktyabrın 8-ə təyin edib.
APA-nın “Gürcüstan-onlayn”-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat katibi Eka Mişveladze bildirib.
Onun sözlərinə görə, Gürcüstan prezidentinin imzaladığı sərəncam artıq baş nazir Qeorqi Kvirikaşvili göndərilib. Ölkədə seçkiqabağı kampaniyaya iyunun 8-dən start veriləcək.
Qeyd edək ki, 2010-cu ildə Konstitusiyaya edilən dəyişiklərə əsasən parlament seçkilərində qalib gələn partiya və yaxud siyasi birlik yeni baş nazirin namizədliyini irəli sürmək, eləcə də hökuməti formalaşdırmaq hüququna malik olacaq.