Gürcüstanda olan rusiyalı turistlərin sayı açıqlandı

Baxış sayı:
3076

Rusiya Turizm Agentliyi hazırda Gürcüstanda olan rusiyalıların sayını açıqlayıb.

Agentliyin məlumatına görə, hazırda Gürcüstanda putyovka ilə istirahət edən 1500 rusiyalı turist var. Müstəqil şəkildə Gürcüstana gedən rusiyalı turistlərin sayı isə məlum deyil. Turistlərin iyulun 8-dək geri qayıtması planlı şəkildə təşkil olunacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstana sərnişin təyyarələrinin, kommersiya uçuşlarının müvəqqəti qadağan edilməsi barədə fərman imzalayıb. Turizm operatorlarına Gürcüstana turizm putyovkaları satmamaq tövsiyə olunub.