Gürcüstanda oğru polis tərəfindən öldürüldü

Baxış sayı:
4036

Gürcüstanın Poti şəhərində səhər saatlarında orta yaşlı kişi ödəmə terminalını qarət etməyə cəhd göstərərkən polis tərəfindən öldürülüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, oğru polisə tabe olmaqdan imtina edərək fiziki müqavimət göstərib. Polis əməkdaşı isə atəş açaraq onu baş nahiyəsindən yaralayıb. Cinayətkar xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.   
İnsidentlə bağlı araşdırma aparılır.