Gürcüstanda NATO ilə birgə hərbi təlimlər başlayır

Baxış sayı:
5029

ATƏT və təşkilatın tərəfdaş ölkələri Azərbaycan və Gürcüstandan hərbi heyəti bazar ertəsi Gürcüstanın paytaxtı Tbilisidə NATO və Gürcüstanın birgə təlilmlərinin açılış mərasimində iştirak edib.
 
Briqadir Ladislav Cunq 20-dən çox ölkənin hərbi heyətindən ibarət auditoriyaya bu təlimlərin təcrübələri paylaşmaq, əməkdaşlığı təkmilləşdirmək və daha effketiv olmaq üçün əla fürsət olduğunu söyləyib.
ATƏT və Gürcüstanın apardığı təlimlər bizim NATO ilə mütərəqqi, davamlı olaraq inkişaf edən və intensivləşən əməkdaşlığımızın nümunəsidir.
 “ATƏT və Gürcüstanın apardığı təlimlər bizim NATO ilə mütərəqqi, davamlı olaraq inkişaf edən və intensivləşən əməkdaşlığımızın nümunəsidir” – deyə, Gürcüstan müdafiə nazirinin birinci müavini Lela Çikovani bildirib.
“NATO və Gürcüstanın birgə təlimləri Gürcüstan, NATO üzvləri və tərəfdaş ölkələrin hərbi heyətlərinin müxtəlif situasiyalarda effektiv şəkilə əməkdaşlıq etmək sayəsində təcrübə qazanmaları, NATO tərəfdaşları ilə təcrübələrini bölüşüb və beləcə daha effektiv olmaları üçün gözəl fürsətdir”, Ladislav Cunq deyib.
Bu, NATO ilə Gürcüstan arasında ikinci bigə təlimlərdir. İlk təlim 2016-cı ildə keçirilib.
Gürcüstanlı polkovnik Nikoloz Cancqava deyib ki, Gürcüstanın müdafiə qüvvələri NATO ilə əməkdaşlıq sayəsində son təlimlərdən sonra elit hərbi bölməyə çevrilib.
Təlimlərdə ümumilikdə 24 ATƏT üzvü və tərəfdaş ölkənin, eləcə də Beynəlxalq Qırmızı Xaç təşkilatı və BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının iştirak edəcəyi gözlənilir.
Təlimlər martın 29-dək Tbilisi yaxınlığında hərbi bazada həyata keçiriləcək.