GÜRCÜSTANDA MÜXALİFƏTSİZ SEÇKİLƏR BAŞA ÇATDI - Hakimiyyət qələbə qazandığını iddia edir / YENİLƏNİB

Baxış sayı:
207

Gürcüstanda hakim Gürcü Arzusu Partiyasının namizədləri parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə bütün birmandatlı dairələrdə qalib gəliblər.

Bu barədə hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, müxalifətin ikinci tur seçkilərini boykot etməsinə baxmayaraq, Gürcüstanın yarım milyondan çox vətəndaşı seçkilərin ikinci turunda səs verib:

“Səsvermənin ilkin nəticələri ilə bağlı məlumatlarımız var. Gözlənildiyi kimi, Gürcü Arzusu partiyasının namizədləri 17 dairənin hamısında qalib gələrək parlament mandatı alıblar. Bu səbəbdən növbəti parlamentdə Gürcü Arzusu 90 millət vəkili ilə təmsil olunacaq”.
**
 

Gürcüstanda parlament seçkilərinin 17 majoritar dairə üzrə keçirilən II turu yekunlaşıb.

Tbilisi və bölgələrdə 1 923 seçki məntəqəsi saat 20:00-da bağlanıb.

Səsvermə prosesi seçici passivliyi fonunda keçib. Belə ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata əsasən, saat 17:00-a seçici fəallığı 21% təşkil edib. İkinci mərhələ seçici fəallığı üzrə istənilən nəticə ilə baş tutmuş hesab olunacaq.

Qeyd edək ki, seçkilərin I mərhələsi oktyabrın 31-də keçirilib. Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığından II turda iştirak etməyib. (report)