Gürcüstanda müxalifət liderləri Baş Prokurorluğun giriş qapısını qıfıllayıblar

Baxış sayı:
7489

Birləşmiş müxalifət paytaxt Tbilisidə Baş Prokurorluq binası qarşısında aksiya keçirir. Muxalifet.az xəbər verir ki, etiraz aksiyasının içtirakçıları Baş Prokurorluğun qapısını qıfıllayıblar. Onlar ilk öncə qıfılı Prokurorluğun qapısına vurmaq istəsələr də polis buna imkan verməyib. Ancaq aksiya iştirakçıları idarənin giriş qapısına qıfıl asmağı bacarıblar. Hal-hazırda Baş Prokurorluğun qarşısına çox sayda hüquq mühafizə əməkdaşları cəlb olunub. Muxalifet.az