Gürcüstanda koronavirusa yoluxanların sayı 90 nəfərə çatdı
28-03-2020 23:02
Baxış sayı:
1206
Gürcüstanda daha beş nəfərdə koronavirusa yoluxma halı təsdiqlənib.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla ölkədə koronavirusa yoluxma hallarının sayı 90-a çatıb. Virusdan sağalanların sayı isə 16 nəfər təşkil edir.
Karantində 4 534, stasionar nəzarətdə isə 276 nəfər saxlanılır. Aktiv virus daşıyıcılarının sayı 74 nəfərdir./report