Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının vəziyyəti yaxşılaşdı

Baxış sayı:
1428

Gürcüstanda koronavirusa yoluxan 62 yaşlı Marneuli sakininin vəziyyəti nisbətən yaxşılaşıb.

Bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

O qeyd edib ki, hazırda qadının vəziyyəti sabitdir: “Pasiyentin hazırkı göstəriciləri günün birinci yarısı ilə müqayisədə nisbətən yaxşılaşıb”.

Qeyd edək ki, azərbaycanlı qadın ötən gün Marneulidən Tbilisiyə çatdırılıb. Onun vəziyyəti xüsusilə ağır qiymətləndirilib./Report