GÜRCÜSTANDA FƏTÖ GÜCÜ - Keçmiş məhbus əvvəl azadlığa buraxıldı, sonra dövlət mühafizəsi ilə təmin edildi

Baxış sayı:
3331

15 iyul xaininə dövlət mühafizəsi

Muxalifət.az xəbər verir ki, ABŞ-ın FƏTÖ-nün Fətullah Gülənin mühafizə altına alınmasından sonra Gürcüstanda da vətən xaini dəstəklənib. Çevriliş cəhdinin arxasındakı şəxslərdən 24 saat polis qoruması altında olan Mustafa Emre Çabuk dövlət tərəfindən mühafizə altına alınıb.
Avropa İttifaqının alman deputatı Rebekka Harmsın diplomatik təzyiqləri nəticəsində həbsdən azad edilən, FƏTÖ-nünü rəhbər şəxslərin olan Mustafa Emre Çabuk barəsində Gürcüstanda qalmaqallı qərar verilib. Ancaq Türkiyədə deyil, Gürcüstanda da sui-qəsdlə öldürülə biləcəyi qərarını irəli sürən Çabuk dövlət mühafizəsi altına alınıb. Təəccüb doğuran bu addım FƏTÖ-nün Gürcüstan şəəbəkəsinin nə qədər güclü olduğunu göstərib. Bununla da Çabuk, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Güləndən sonra xaricdə dövlət mühafizəsi ilə təmin edilən ikinci şəxs olub. İndən belə Çabuk 24 saat polis tərəfindən rəsmən qorunacaq.
Qalmaqallı qərarın fevralın 23-də verildiyi bildirilib. Prokurorluq mətbuatın bu məsələ ilə bağlı suallarını cavabsız qoyub.
FƏTÖ-nün Özel Demirel Koleci rəhbərlərindən olan Mustafa Emre Çabuk, qaçmaq təhlükəsinə görə, 2017-ci il mayın 24-də həbs edilmişdi. Türkiyəyə göndəriləcəyi gözlənilirdi. Tiflis məhkəməsinin qərarı ilə qaçmaq ehtimalı olduğu üçün həbs edilən Çabuk çirkin diplomatiya sayəsində ötən günlərdə azadlığa buraxılıb, ardından isə mühafizə xidməti ilə təmin edilib./Hurriyyet.org