Gürcüstanda “exit-pollar”ın nəticələri açıqlandı - YENİLƏNDİ

Baxış sayı:
1882

Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş "exit-pollar"ın nəticələri açıqlanıb.
“RİA-Novosti” agentliyi xəbər verir ki, “Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.
“Exit-poll”un nəticələrinə görə, namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyib. İkinci turun müxalifətçi Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd, Hakim “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili arasında keçiriləcəyi gözlənilir. Onların hər biri 40 faiz səs toplayıb. “Exit-poll”un nəticələrinə əsasən, Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze 10 faiz səs toplayıb.
Hakim “Gürcü Arzusu” Partiyasının keçirdiyi "exit-poll"un nəticələrinə görə isə Salome Zurabişvili 52,3, Qriqol Vaşadze 28,1, David Bakradze isə 9,2 səs toplayıb.
Digər bir sorğunun nəticələrinə görə, Qriqol Vaşadze 37, Salome Zurabişvili 34, David Bakradze isə 17 faiz səs yığıb.
Məlumat üçün qeyd edək ki, seçici bülletenlərində Mərkəzi Seçki Komissiyasında rəsmi qeydiyyatdan keçmiş 25 namizədin adı var. Onlardan iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya artıq namizədliklərini geri çəkiblər.
Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.

***

Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş “exit-pollar”ın nəticələri açıqlanıb.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, “Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş “exit-poll”un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.
“Exit-poll”a əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd Salome Zurabişvilinin hər biri 40% səs toplayıb. Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradzenin topladığı səs isə 10% təşkil edib.
“Exit-poll”u “Edison Research” təşkilatı keçirib və nəticələr saat 16:00-a aiddir.
Hakim Gürcü Arzusu Partiyasının keçirdiyi “exit-poll”un nəticələrinə görə isə S.Zurabişvili 52,3%, Q.Vaşadze 28,1%, D.Bakradze isə 9,2% səs toplayıb.
Partiyanın sifariş etdiyi “exit-poll”u “Psycho-Project” təşkilatı həyata keçirib.
Bir az əvvəl Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.