Gürcüstanda Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstan polisi avtomobilə qəza törətməklə ana və uşağın ölümünə səbəb olan Ermənistan vətəndaşını saxlayıb.
 
“apsny.ge” saytının verdiyi məlumata görə, avqustun 5-də 1995-ci il təvəllüdlü kişi Surami rayonunda, Tbilisi-Senaki-Leselidze yolunda “Nissan Tiida” markalı minik avtomobili ilə 38 yaşlı ana və 5 yaşlı uşağı vurub.
 Ana və uşaq hadisə yerində ölüb. Ermənistan vətəndaşına qarşı iki və daha çox insanın ölümünə yol açan yol-nəqliyyat hərəkəti və istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. Əgər sürücünün günahı təsdiqini taparsa, onu 6 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.