Gürcüstanda erməni deputatlar arasında atışma olub

Baxış sayı:
302

Gürcüstan parlamentinin deputatı Enzel Mkoyan qətllə hədələnməsi barədə bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu əməldə Gürcüstan parlamentinin sabiq deputatı, Axalkalaki bələdiyyəsinin sakrebulo üzvü Samvel Petrosyanı ittiham edib.

E.Mkoyanın sözlərinə görə, S.Petrosyan martın 26-da onu odlu silahla qətlə yetirməyə cəhd edib.

Bəyanatda qeyd olunub ki, S.Petrosyan E.Mkoyanın tərəfinə üç dəfə atəş açıb və çoxsaylı şahidlərin qarşısında qışqıraraq onu öldürəcəyini deyib: “Patrul polisi vaxtında müdaxilə etməsəydi, qarşıdurma faciə ilə nəticələnərdi”.

E.Mkoyan qeyd edib ki, o, xəbərdarlıq məqsədi ilə havaya iki dəfə atəş açıb.

Parlament üzvü cinayətkarın tez bir zamanda ciddi cəzalandırılacağına ümid etdiyini bildirib.