Gürcüstanda dollar yenidən bahalaşmağa başlayıb

Baxış sayı:
8260

Gürcüstan milli valyutasının dollara qarşı ucuzlaşması son günlər yenidən bərpa olunub. “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının avqustun 8-nə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9338 lari təşkil edəcək. Bugünkü məzənnə ilə müqayisədə dolların qiyməti 0,0017 lari artıb. Avronun qiymətində isə nisbi ucuzlaşma qeydə alınıb. Belə ki, sabah 1 avronun dəyəri 0,0034 lari azalaraq 3,2806 lariyə bərabər olacaq.