​Gürcüstanda dalbadal iki zəlzələ baş verdi

Baxış sayı:
9496

Gürcüstanda ardıcıl olaraq iki zəlzələ olub.
Bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 12:44-də Axaltsixe rayonunda Atskuri kəndində qeydə alınıb. Bir dəqiqə intervalla kənddə 3,3 və 3,5 maqnitudalı zəlzələ olub.
Yerli sakinlər zəlzələni hiss ediblər.
Zəlzələ dağıntılara səbəb olmayıb./Report