​Gürcüstanda daha iki nəfər donuz qripindən öldü

Baxış sayı:
7870

Hazırda Gürcüstanda Acarıstan Muxtar Respublikasında müalicə olunan uşaqlar da daxil olmaqla, 130 nəfər qrip virusundan xəstəxanada müalicə olunur. Onların böyük əksəriyyətində donuz qripi virusu aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, Gürcüstanda H1N1 virusuna yoluxmuş daha iki nəfər həlak olub. Bununla da qonşu ölkədə donuz qripindən ölənlərin sayı 8 nəfərə çatıb.
Gürcüstanın səhiyyə naziri David Sergeyenko ölkədə qripə yoluxma hallarının çoxaldığını etiraf edib. Bununla belə o, ölkədə epidemiya üçün heç bir əsasın olmadığını bildirib.