​Gürcüstanda daha bir nəfər koronavirusdan öldü - YENİLƏNİB

Baxış sayı:
2563

Gürcüstanda koronavirusdan ikinci ölüm halı qeydə alınıb.
Həmin şəxs 81 yaşlı qadındır.
Bununla qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı iki nəfərə çatıb.
Qeyd edək ki, ötən gün Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı sakini virusdan ölüb. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb.
***
Gürcüstanda daha səkkiz nəfərin koronavirusa yoluxması təsdiqlənib.
Bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb, onların 36-sı sağalıb, 1-i isə ölüb.
Hazırda karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.
Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.
Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb./report