Gürcüstanda daha bir nəfər “donuz qripi”ndən öldü

Baxış sayı:
5089

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.
 
Yerli KİV-lər xəbər verir ki, yüksək risk qrupuna daxil olan şəxs xəstəxanada müalicə alıb.
 
Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.
 
Qeyd edək ki, ölkədə A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub.