​Gürcüstanda daha bir nəfər "donuz qripi"ndən öldü

Baxış sayı:
12352

Gürcüstanda həkimlər H1N1 (donuz qripi) virusundan daha bir ölüm faktını qeydə alıblar.
Muxalifet.az "İnterfax"a istinadən xəbər verir ki, ölüm hadisəsi Qori şəhərində baş verib.
39 yaşlı 5 uşaq anası bir gün öncə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Xəstəxanadan bildirilib ki, qadın təcili tibbi yardıma gec xəbər verib.
Xatırladaq ki, H1N1 virusundan ölüm hallarının 4-ü Acarıstan Muxtar Respublikasında qeydə alınıb.