Gürcüstanda çay məcrasından çıxdı - BİR NEÇƏ KƏNDİ SU BASDI

Baxış sayı:
14164

Gürcüstanın Telavi rayonunda Stori çayının məcrasından çıxması nəticəsində bir neçə kəndi su basıb.

“Report” xəbər verir ki, daşqın nəticəsində Leçuri, Pşaveli, Laliskuri, Babaneuri və Arqoxi kəndləri su altında qalıb.

Çayın daşması nəticəsində Tuşeti bölgəsinə aparan yolun müəyyən hissələrini də su basıb.

Təbii hadisə nəticəsində elektrik xətlərinə və Leçuri kəndində tikilməkdə olan mehmanxanaya da ziyan dəyib.