Gürcüstanda Britaniya ştammına 30-dan çox yoluxma qeydə alındı

Baxış sayı:
688

Gürcüstanda koronavirusun Britaniya ştammına 31 yoluxma halı təsdiqlənib. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.

Onun sözlərinə görə, COVID-19-un mutasiya etmiş növünə yoluxanların hamısı xəstəliyi yüngül formada keçirib: "Həmin şəxslərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb". İnfeksionist Gürcüstanda Cənubi Afrika və Braziliya ştammına yoluxma halının qeydə alınmadığını deyib.