Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı

Baxış sayı:
1284

Gürcüstanda leysan yağışlar Laqodexi rayonunda Qabal çayının daşması ilə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində rayonun Tsodniskari, Apeni və Qabal kəndlərində əkin sahələri, eləcə də 20-dək evin zirzəmisi və həyətyanı sahəsi su altında qalıb.

Əraziyə xilasedicilər cəlb edilib. Yağıntıların davam edəcəyi təqdirdə kəndlərdə əhalinin daha böyük problemlə üzləşəcəyi bildirilir.