Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə tutuldu

Baxış sayı:
3221

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda narkotik vasitələrin qanunsuz əldə olunmasında şühbəli bilinən şəxs saxlanılıb. “Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan 1981-ci il təvəllüdlü A.K. adlı şəxsin üzərinə baxış zamanı iki bağlamada 60 qram çəkidə heroin müsadirə olunub. Faktla bağlı araşdırma aparılır. Saxlanılan şəxsi 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.