Gürcüstanda azərbaycanlı hamilə qadın və övladı koronavirusa yoluxdu

Baxış sayı:
3877

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Kvemo Bolnisi kəndində (Kəpənəkçi) 19 yaşlı hamilə qadın və övladının koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili məlumat verib.

Onun sözlərinə görə, onların hər ikisi Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasına çatdırılıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Kvemo Bolnisi kəndi koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə tam təcrid olunub. Bu kənddə koronavirusa yoluxanların sayı 4-ə çatıb./report