“Gürcüstanda Azərbaycanın əleyinə heç bir qərar qəbul oluna bilməz” - AZƏRBAYCANLI DEPUTATLARDAN AÇIQLAMA

Baxış sayı:
7702

Mahir Dərziyev: “Mən bu iki ölkə arasında həll olunmayan heç nə görmürəm”
Azər Süleymanov: “Gürcüstanın “boz kardinal”ı Bidzina İvanişvilinin və baş nazir Qaxariyanın axırıncı nəfəsləridir...”

““Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvilinin və baş nazir Qaxariya özlərinə yeni düşmən gəzirlər ki, gündəmi nə iləsə zəbt eləsinlər və insanların başı hansısa bir problemlərə qarışsın”

Srağagün Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və deputatlar parlamentin qapalı iclasında “Keşikçi Dağ” kompleksi və sərhədin demarkasiyası ilə bağlı problemləri müzakirə ediblər.

Gürcüstan mediasına xəbər verir ki, xarici işlər nazirinin müavini “Keşikçi Dağ” kompleksi ilə bağlı problemli məsələlər haqda parlamentə məlumat verib. Nazir müavini qapalı iclasdan sonra jurnalistlərə açıqlama vermədən, parlamenti tərk edib.

“Biz demarkasiya işləri üzrə komissiyanın işləri haqda qanunverici orqanı məlumatlandırdıq”,- deyə L.Darsaliya bəyan edib.

Nəzərə alaq ki, “Keşikçi Dağ” kompleksi ilə bağlı məsələ Azərbaycan üçün ciddi əhəmiyyət daşıyır. O baxımdan, bu kompleks ətrafında baş verən söz-söhbətlərdən sonra Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və deputatların parlamentin qapalı iclasında “Keşikçi Dağ” kompleksi və sərhəddin demarkasiyası ilə bağlı nələri müzakirə etməsi maraq doğurur. Məsələnin digər maraqlı tərəfi odur ki, bu müzakirələrə Gürcüstan Parlamentinin azərbaycanlı deputatları dəvət olunmayıb.

“Mən bu iki ölkə arasında həll olunmayan heç nə görmürəm”

Картинки по запросу Mahir Dərziyev

Gürcüstan parlamentində qapalı iclasda “Keşikçi Dağ” kompleksi ilə bağlı nələrin müzakirə edildiyini və nə üçün iclasa dəvə olunmadıqlarını öyrənmək məqsədilə hakim “Gürcü Arzusu” Partiyasının deputatı Mahir Dərziyevlə əlaqə saxladıq. M.Dərziyev “Hürriyyət”ə dedi ki, o, bu iclasda iştirak etməyib: “Sözün düzü, mən bu gün parlamentdə qeyd olunub, çıxmışam. Əvvəlcə bizim parlamentin reqlamentinə görə, deputatlar 1-1,5 saat sual veriblər, heç orada da iştirak etmədim. Sizin marağınız təbiidir. Azərbaycanda da, Gürcüstanda da bu məsələ çox həssasdır. Amma bir məqamı qeyd edim ki, Azərbaycan, Gürcüstan strateji mütəffiq ölkələrdir. Mən bu iki ölkə arasında həll olunmayan heç nə görmürəm. “Keşikçi Dağ” məsələsi də həll olunacaq. Amma kimlərsə bu məsələnin ətrafında ajiotaj yaratmaq istəyirlər. Bunun tərkib hissəsi kimi zaman-zaman müxalifətin tərəfindən bu məsələ gündəmə gətirilir”.

“Mən çox eşitmişəm ki, bu məsələyə moratorium qoyulsa, daha məqsədə uyğun olar”

M.Dəziyev nəzərə çatdırdı ki, Gürcüstan parlament respublikasıdır: “Hökumət parlamentə hesabat verir. Deputatlar tələb etsə, nazirlər də, nazir müavinləri də gəlirlər, deputatları maraqlandıran müəyyən bir məsələ ilə bağlı suallar, cavablar verilir. Bu məsələ qapalı müzakirə olunubsa, çox gözəl, mən bunu təqdir edirəm. Yəni bu küçədə həll olunan bir məsələ deyil. Birmənalı olaraq bunu gürcü, Azərbaycan ictimaiyyəti də bilir. O küçədə olan tərəflərdir ki, belə, elə olsun, deyirlər. Bu ciddi, həssas məsələdir. Komissiya yaranıb, fəaliyyət göstərir. Artıq bir neçə iclasları keçirilib. Bundan sonrakı iş barədə razılaşmalar əldə olunub. Gürcü ictimai rəyində siyasətçilərin, ekspertlərin arasında belə bir fikri mən çox eşitmişəm ki, bu məsələyə moratorium qoyulsa, daha məqsədə uyğun olar. Yəni bu gün Azərbaycanın, Gürcüstanın durumu elədir ki, həm siyasətçilərin, həm diplomatların manevr etmək, danışıqların məcrasını müəyyən məqamlarda dəyişə bilməmək imkanı vermir. Ona görə, deyirlər ki, bu məsələyə moratorium qoyulsun. Azərbaycanın, Gürcüstanın ərazi bütövlüyündən sonra təbii ki, bu məsələyə qayıdılıb, həlli də tapılar. Bir daha deyirəm ki, bu iki dost, qardaş ölkə arasında həll olunmayacaq heç nə yoxdur”.

“Yəqin xarici işlər nazirinin müavinini “Gürcüstan Vətənpərvərlər Alyansı” fraksiyasının təşəbbüsü ilə dəvət ediblər”

Deputat diqqətə çatdırdı ki, xarici işlər nazirinin müavini Darsaliya “Keşikçi Dağ” ilə bağlı hökumətlərarası komissiyanın Gürücüstan tərəfindən həmsədridir: “Darsaliyanın parlamentə gəlişi müxalifətin tələbidir. Yəqin ki, bu məqamları da, eləcə də bizim hökumətin ayrı mülahizələrini də orada nazir müavini deyəcək. Yəni adi bir reqlamentlə bağlı olan bir prosesdir, əlahiddə burada heç nə görməyin. Orada Azərbaycanın əleyinə heç bir qərar qəbul oluna bilməz. Gürücüstanda Azərbaycanın maraqlarının əleyhinə heç bir addım atılmaz. Eləcə də Gürcüstanın əleyhinə Azərbaycanda hansısa bir addım atılacağını təsəvvür edirsinizmi? Bu, mümkün deyil. Dediyim kimi, bu reqlament gərəyi olan bir toplantıdır. Yəqin xarici işlər nazirinin müavinini “Gürcüstan Vətənpərvərlər Alyansı” fraksiyasının təşəbbüsü ilə dəvət ediblər. Adətən dinləmələr ya komitə, ya parlamentdə müxalifət çoxluğu, azlığı çərçivəsində, ya da fraksiya çərçivəsində olur. Ayrı-ayrı fraksiyalar nazirləri, yaxud müavinlərini dəvət edirlər. Amma Azərbaycanın əleyinə heç bir qərar qəbul oluna bilməz. Bu, bir pirinsip məsələsidir. İkincisi də o formatın belə bir qərar qəbul etməyə səlahiyyəti yoxdur. Qərarı parlament qəbul edər. Parlamentin iclasına da bu məsələ çıxarılası deyil. Yəni hökumət var, bu hökumətin işidir. Müvafiq icra orqanları, xarici işlər nazirliyi, hökumətlərarası komissiya var, onlar bu istiqamətdə işləyirlər. İctimaiyyətin bu məsələdə həssaslığı başadüşüləndir, amma amandı, ajiotaj yaratmayın”.

“Orada hakim partiyanın deputatları iştirak eləmiş olardılar”

Картинки по запросу Azər Süleymanov

Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov da dedi ki, o, qapalı iclasda iştirak etməyib: “Çox güman ki, orada hakim partiyanın deputatları iştirak ediblər. Bizi ora heç dəvət də etmirlər. Bildiyimə görə, parlamentdə qapalı müzakirə olub. Ancaq plenar iclasda bu gün Azərbaycanla bağlı heç bir məsələ qaldırılmamışdı. Çünki parlamentin plenar iclasında  oturmuşdum. Ola bilsin, mən çıxanda sonra nəsə müzakirə olunub. Bu gün çıxışlar günü idi. Plenar iclasda olduğum vaxtı heç kim Azərbaycanla bağlı çıxış etməyib”.

 “Salome Zurabişvili Azərbaycan-Gürücüstan sərhəddinə getdi, bu məsələni qaldırdı”

A.Süleymanov onu da vurğuladı ki, bu gün Gürcüstanın daxilində baş nazir Qaxariyanın, və Bidzina İvanişvilinin üstünə Gürcüstan katalikosunun ölümünü belə yıxırlar: “Çünki katolikosun müvani açıqlama verdi ki, Bidzina İvanişvili, Qaxariya, keçmiş baş nazir hamısı bir yerdə katalikosa sui-qəsd hazırlayıblar. Bu gün Gürcüstanın gündəmini zəbt etmək üçün əhalinin başını başqa bir gündəmlə qatmaq istəyirlər. Ona görə, ortaya “Keşikçi Dağ” məsələsini gətirmək istəyirlər. Amma Gürcüstan cəmiyyəti bu işlərdə çox oyaqdır, təxribatçılara uymaq niyyətində deyil. Çünki bu gün “Gürcü Arzusu” Partiyasının sədri,  “boz kardinal” Bidzina İvanişvilinin və baş nazir Qaxariyanın demək olar ki, axırıncı nəfəsləridir, özlərinə yeni düşmən gəzirlər ki, gündəmi nə iləsə zəbt eləsinlər və insanların başı hansısa bir problemlərə qarışsın. “Keşikçi Dağ” məsələsi yüz illərdi orada dururdu, Azərbaycan-Gürcüstan arasında da heç bir problem yox idi. Gürcüstanda bu gün gedən siyasi proseslər nəinki əhalinin başını qatmaq üçündür, Salome Zurabişvili Gürcüstanın qeyri-legitim, saxta yolla seçilmiş bir prezidentidir. Gürücüstanın üz qarası olan Salome Zurabişvili Azərbaycan-Gürücüstan sərhəddinə getdi, bu məsələni qaldırdı. Əlbəttə, hansısa məqsəd güdülürdü ki, Gürcüstanın daxili problemlərini harasa çıxarsınlar və insanlar başqa, yəni ya Rusiya, ya da Azərbaycanla olan bir problemlə məşğul olsunlar. Amma Gürcüstan-Azərbaycan arasında heç bir problem yoxdur. İki dövlət arasında strateji əməkdaşlıq var. Yüz illərdir ki, bu iki dövlətin arasında heç bir problem yaşanmayıb. Bu gün Salome hakimiyyəti problem yaratmaq istəyir. İki dövlət arasında bunların hamısı təxribatdır. Ən əsas da Gürcüstan özünün içərisində olan problemləri qırağa çıxarmaq istəyirlər”.

Şamo EMİN, Hurriyyet.org