​Gürcüstanda alkoqollu içkilər BAHALAŞDI

Baxış sayı:
7498

Fevral ayında Gürcüstanda inflyasiya 0,3% təşkil edib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
İllik inflyasiya isə 2,3%-ə bərabər olub.
Ötən ay ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 0,1%, alkoqollu içkilər və tütünün qiyməti 6,7% artıb, geyim və ayaqqabıların qiyməti isə 4,6% ucuzlaşıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2,9%, alkoqollu içkilər və tütünün qiyməti 16,1%, səhiyyə xərcləri 3,4%, nəqliyyat xərcləri isə 2% artıb.