Gürcüstanda 30-a yaxın TIR sürücüsündə koronavirus aşkarlanıb

Baxış sayı:
1427

“Son 2-3 həftə ərzində Gürcüstanda koronavirusun təsdiqləndiyi şəxslərin əksəriyyəti yük maşını sürücüləri olub”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, 30-a yaxın sürücünün COVID-19-la bağlı testi pozitiv nəticələnib.

Mərkəz rəhbəri gün ərzində təxminən 400 sürücünün koronavirusla bağlı tibbi yoxlamadan keçirildiyini qeyd edib./report