Gürcüstanda 3 nəfər azərbaycanlı orta məktəbi qızıl medalla bitirdi

Baxış sayı: 109

Qızıl medalları sahiblərinə təhsil naziri və Tbilisi şəhərinin meri təqdim ediblər
 
Bu il Gürcüstanda 1861 şagird tam orta təhsil məktəblərini qızıl medalla bitirib. Onların 588-i Tbilisi şəhərinin məktəbliləridir.
Orta məktəbi qızıl medalla bitirənlərdən 3 nəfəri azərbaycanlılardır.
Qızıl medalları sahiblərinə Gürcüstanın elm və təhsil naziri Aleksandr Çeçelava və Tbilisi şəhərinin meri david Narmaniya təqdim ediblər.
Qeyd edək ki, bu il Gürcüstanda tam orta məktəbləri 40 min şagird bitirib.
Tələbə adını qazanmaq istəyən məktəblilər qabiliyyət tələb edən və ümumi fənlərdən, gürcü dili və ədəbiyyatı və xarici dil fənnindən qəbul imtahanı verməlidilər.