Gürcüstanda 28 Azərbaycan vətəndaşı karantində saxlanılır

Baxış sayı:
1531

Gürcüstanda Saxere karantin zonasında 28 Azərbaycan vətəndaşı karantində saxlanılır. 

Bu barədə klinikanın direktoru Mixeil Kamuşadze bildirib.
O qeyd edib ki, hazırda karantin zonasında ümumilikdə 62 nəfər saxlanılır ki, onlardan 28-i Azərbaycan vətəndaşıdır. Karantində saxlanılanlardan 6-da koronavirusun tipik sindromları var və onlardan götürülən analizlər artıq laboratoriyaya göndərilib./apa