Gürcüstana səfər edənlərdən “COVID pasport”u tələb olunacaq

Baxış sayı:
808

Gürcüstana səfər edəcək turistlər sərhəddə son 72 saat ərzində koronavirusla bağlı keçdiyi testin mənfi nəticəsinin qeyd edildiyi sənədi tədqim etməli olacaqlar.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan ilk növbədə “yaşıl zona” elan olunan ölkələrdən turistlər qəbul edəcək:

“Ölkəyə gələcək ziyarətçilərdən “COVID pasport”u adlandırılan sənəd tələb olunacaq”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq.