Gürcüstan vətəndaşları Avropa İttifaqı ölkələrinə səyahət edə biləcək - BU TARİXDƏN

Baxış sayı:
1120

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri iyulun 1-dən vətəndaşları Aİ-nin ərazisinə səfər edə biləcək ölkələrin siyahısını razılaşdırıblar.

Siyahıda Gürcüstan, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Monteneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunis yer alıblar.

ABŞ, Rusiya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələr isə koronavirusun aktiv fazada olması səbəbi ilə siyahıya əlavə edilməyiblər.