Gürcüstan vətəndaşı Bakıda qəza törətdi: 2 ÖLÜ

Baxış sayı:
3280

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
 
Muxalifət.az-ın DİN-in saytına istinadən məlumatına görə, aprelin 21-də saat 01 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.